Ağstafada DƏHŞƏT: Oğlunu döyəni tutub amansız işgəncə verdilər

Ağstafada gənc oğlan küçədə onu döyən tanışından amansız qisas alıb.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.
İttiham aktına görə, bu işdə ona 54 yaşlı atası və 30 yaşlı əmisi oğlu da kömək ediblər.
20 yaşlı Musa Əzizov (ad və soyad şərtidir) bir neçə gün əvvəl onu döyən tanışı Həsrətdən (şərti adla) qisas almaq istəyib. Bu məqsədlə plan əsasında atası Namiq (şərti adla) Həsrəti evə çağırıb ki, guya Musa ilə onu barışdırsın. Beləcə, Həsrət Musanın yaşadığı evə gəlib və onlar yeyib-içiblər. Sərxoş olandan sonra Musanın atası evə gələrək, Həsrətdən oğlunu niyə döydüyünü soruşub. Bundan sonra Namiq bıçaqla Həsrətin başına, Musa isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub. Musanın əmisi oğlu Fuad (şərti adla) evə gəlib. Onun gətirdiyi kəndirlə Həsrəti bağlayıblar və videoçəkiliş edərək qohumlarını söyməklə daha ağır işgəncələr veriblər. Qohumların "ürəyi soyuyandan" sonra Həsrəti həyətə gələn başqa maşınla meşəlik əraziyə aparıb buraxıblar.
Bununla da ata, oğul və əmioğlu qabaqcadan əlbir olmuş qrup halında zərərçəkənə işgəncə və əzab verərək, mütəmadi döyməklə, eləcə də söyməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə əməlini törədiblər.
Hadisə nəticəsində zərərçəkən bir sıra xəsarətlər alıb. Faktla bağlı qohumlar barəsində cinayət işi başlanıb və hər üçü saxlanılıb.
Təqsirləndirilən şəxslərdən Musa Əzizov bildirib ki, zərərçəkən Həsrət bir neçə gün əvvəl onu döyərək mobil telefonla kameraya çəkib. Musanın atası Namiq ifadəsində əməlindən peşman olduğunu desə də, onun qardaşı oğlu Fuad peşman olmadığını bildirib.
Zərərçəkən Həsrət isə təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Musa 3 il 6 ay, atası Namiq 1 il 6 ay və əmisi oğlu Fuad isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










