Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir

"Hüquq-mühafizə orqanlarından mənə zəng etdilər ki, sizi skuterlə vuran şəxs müəyyən edilib. Həmin şəxs mənə səsli qeyd göndərərək üzr istədi, mən danışa bilmədim, ailə üzvlərim danışdılar".
Avtosfer.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova onu skuterlə vuran şəxs haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Ucar rayon sakini R.Abdullayevdir: "Mənə deyir ki, kasıb adamam, kuryer işləyirəm, borclarım var, kirayədə yaşayıram. Şikayətimi geri götürməyimi xahiş edir. Skuterlə vuran şəxsin həyat yoldaşı mənə bildirir ki, hadisə zamanı həyat yoldaşı mənə su gətirib, yardım etmək istəyib, amma qəbul etməmişəm. Mən üzünü görməmişəm. Həmin vaxt vəziyyətim yaxşı deyildi və bunu xatırlamıram. Məndən şikayətimi geri götürməyi xahiş edir".
O, aldığı xəsarətlə bağlı da danışıb: "Kəllə sümüyüm zədələnib, həkimlər deyirlər ki, beş-altı aya bərpa olunacaq. Hazırda əsas mübarizəm öz sağlamlığımdır. Allaha şükür edirəm ki, sağ qalmışam. Bəlkə yataq xəstəsi olardım, o zaman vəziyyət necə olardı?"
İ.Rəşidova qeyd edib ki, qarşı tərəfdən "qan pulu" tələb edib: "Mən ondan bahalı şeylər tələb etmirəm. Sadəcə "qan pulu" tələb etmişəm. Amma qapıdan içəri belə girməyiblər. Mən başa düşürəm, eyni hadisəni mənim yaxınlarımın da başına gələ bilər. Amma mən düşünürəm ki, onlar mütləq xəsarət alan şəxsi ziyarət edərdilər".
Aktrisa şikayətini geri götürməyi də istisna etməyib: "Ola bilər ki, şikayətimi geri götürüm".
Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulub. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi. Hazırda ev şəraitində müalicəsini davam etdirilir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












