Almaniyada tutuldu, Azərbaycana gətirildi - 33 il əvvəlki cinayət...

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, 90-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (Azərbaycan Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












