Anasını öldürüb arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO - YENİLƏNİB

Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Avtosfer.az-a bildirilib ki, yanvarın 31-də saat 05:30 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub:
"Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir".
***09:11
Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.
Avtosfer.az xəbər verir ki, rayonun Faxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaqlanıb.
Onlardan 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova həyatını itirib.
Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu - 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.
Ağır xəsarət alan iki uşaq anası Jalə isə hadisəni törətməkdə şübhəli bilinən Eminin həyat yoldaşıdır.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Xaləddin oğlu Vəliyev Vətən müharibəsi qazisi, III qrup əlildir.
O, ailə münaqişəsi zəminində anası, 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməkdə, arvadı, 29.01.1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızını isə həmin bıçaqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinir.
Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Fotoda Zoya Əhmədova və Emin Vəliyev

Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












