Araz Musayevi bıçaqlayan 5 nəfər tutuldu, biri millimizin baş məşqçisidir - FOTO

Türkiyədə dünya çempionu Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb.
Avtosfer.az "Lent.az"a istinadən xəbər verir ki, bu barədə “Haberturk TV” məlumat yayıb.
Məlumata görə, hadisə ilə əlaqədar üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk polisi onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir. Mediada yayılan məlumatlara əsasən, saxlanılan şəxslərdən birinin kikboks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşən Abdulrəhimov olduğu bildirilir.
_1748620536.png)
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












