Arvadını naqillə boğub öldürən şəxslə bağlı YENİ QƏRAR

Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürən Ziyəddin Quliyevin apelyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın Oxu.az-a verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib. Qərara əsasən, birinci instansiya məhkəməsinin (Bakı Ağır Cinayətlər Məhkəməsi) onun barəsində çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsindən, onları dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa ikinci dərəcəli yanıq xəsarəti yetirməsindən qeyzləndiyini iddia edən Ziyəddin yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmək qərarına gəldiyini deyib. Ziyəddin 20 aprel 2025-ci il tarixdə, saat 06 radələrində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək orada divardan asılmış elektrik naqilini götürüb. Daha sonra arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək, naqili onun boğaz nahiyəsinə keçirib və onu boğmağa başlayıb. Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimət göstərməyə çalışsa da, bunu bacarmayıb və hadisə yerində dünyasını dəyişib. Ziyəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Quliyev Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.

Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










