Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - FOTO

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi başlayıb.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Müttəhim isə məhkəmədəki ifadəsində psixiatriya xəstəxanasına yerləşdirilməsini tələb edib. O, daha əvvəl Bursa Dörtçelik Ruhi Psixoloji Xəstəliklər Klinikasında 21 gün müalicə aldığını və hələ də dərman qəbul etdiyini deyib.
Bildirilib ki, cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb. Hadisə 3 noyabr 2025-ci il tarixində Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.
O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır.

Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












