“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın danışdı - VİDEO

İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadın başına gələnlərdən danışıb. Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, özündən böyük olan həyat yoldaşı ilə 20 yaşında olarkən ailələri tanış edib və onlar 14 gün ərzində evləniblər.
O bildirib ki, elə ilk vaxtlardan şiddətə məruz qalıb:
“Atam, anam hər dəfə deyirdi ki, hamı döyülə-döyülə arvad olur. Hamının evində söz-söhbət olur, qayıt barış. Özüm də uşaqlarım yazıqdır, atasız qalmasınlar deyə barışmışam. Adi uşaq səs salanda, pulsuzluq üstündə, evdə nəsə çatmayanda, ya da işə getməyimin üstündə məni döyürdü”.
Üç oğul anası olan Turanə deyir ki, indi bədənində ağır xəsarətlər var, bir gözü isə görmür. Adətən həyat yoldaşı onu döyməyə başlayanda, ta uşaqları gəlib aralayana qədər dayanmırmış. Onun sözlərinə görə, həyat yoldaşından ayrılmaq istəyib ata evinə gedəndə valideynləri onu ancaq uşaqsız qəbul edə biləcəklərini deyiblər. Elə buna görə də o, 14 il fiziki və psixoloji zorakılığa dözməyə məcbur qalıb.
“Ata-anam dedi ki, özün gəl, onu da, uşaqlarını da istəmirik. Ona görə ki, o, atamın, anamın üstünə dəfələrlə balta ilə gedib. Balalarım üçün çəkmədiyim zülm qalmayıb”, - deyə o əlavə edib.
Daha ətraflı süjetdə:
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO













