Ata və oğul evə çağırdıqları “Azəriqaz”ın əməkdaşını döyüb? - Polis araşdırır

Nizami rayonu Keşlə qəsəbəsində “Azəriqaz”ın əməkdaşı M.Müzəffərovun abonent tərəfindən döyüldüyü iddia edilir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş əməkdaşa zəng edərək qaz sərfiyyatının çox olduğunu deyib və məsələni aydınlaşdırmaq üçün mənzilinə gəlməsini tələb edib.
Həmçinin qeyd edilib ki, ünvana çatan kimi ata oğlu ilə birləşib və onu döyüb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası çağırılıb. Əməkdaş təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verən hadisə ilə bağlı şəxslər polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunub, izahatları alınıb.
Hadisə aidiyyəti qurumun əməkdaşının xidməti fəaliyyəti zamanı yaranan mübahisə zəminində baş verib.
Hazırda müraciət üzrə araşdırma aparılır.
Gözlə görünən xəsarət aşkar edilməsə də, müvafiq qaydada məhkəmə-tibbi ekspertizanın təyin edilməsi nəzərdə tutulur.
Araşdırmanın nəticəsinə uyğun olaraq əmələ hüquqi qiymət veriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












