Avtobusun təkəri qopdu; avtomobilə və mağazaya ziyan dəydi - VİDEO

Marşrut avtobusunun qopan təkəri təhlükəli anlara səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisə anbaan kameraya düşüb. Marşal Biryuzov küçəsində hərəkətdə olan 19 nömrəli marşrut avtobusu sürətazaldan maneənin üzərindən keçərkən təkərlərindən biri qəfildən qopub. Yüksək sürətlə yuvarlanan təkər ərazidə uşaq arabası ilə gəzən insanların bir neçə addımlığından keçərək yol kənarında dayanan minik avtomobilinə, daha sonra isə yaxınlıqdakı mağazanın vitrininə çırpılıb. Zərbənin gücündən mağazanın şüşələrinə və park edilmiş avtomobilə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən hadisə zamanı minik avtomobilində heç kim olmayıb. Həmçinin mağazanın əməkdaşları və müştəriləri də xəsarət almayıblar.
Faktla bağlı araşdırma aparılır, avtobusun texniki vəziyyətinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - VİDEO
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












