Avtomobili sürətlə insanların üzərinə sürdü - Çox sayda yaralı var

İtaliyanın Modena şəhərinin mərkəzində avtomobil bir qrup insana çırpılıb. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. "Bu gün günorta saatlarında Modenanın mərkəzindəki Via Emiliya küçəsində yüksək sürətlə hərəkət edən avtomobil Larqo Porta Bolonya meydanındakı piyadalara çırpılıb və mağazanın vitrininə dəyərək dayanıb", – deyə "Il Giornale" nəşri məlumat yayıb. İlkin məlumatlara görə, xəsarət alanlardan birinin hər iki ayağı amputasiya olunub. Yerli mətbuatın yaydığı məlumata görə, sükan arxasında olan 31 yaşlı Tunis əsilli sürücünün indiyədək heç bir cinayəti olmayıb. Qəza zamanı xəsarət alan sürücü hadisə yerindən qaçıb. O, qaçmağa çalışarkən onu saxlamaq istəyən bir nəfəri də bıçaqlayıb. Buna baxmayaraq, polis yerli sakinlərin köməkliyi ilə şübhəlini yaxalaya bilib. Şəhərin meri Massimo Mezzetti cinayətkarın saxlanılmasında köməklik göstərən hər kəsə təşəkkürünü bildirib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












