Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər

ABŞ-də avtomobillərin mühərriki söndürüldükdən sonra belə alışaraq yanğın törətməsi ilə bağlı geri çağırmaların sayı artıb. Bu il ərzində artıq 1,5 milyondan çox avtomobil bu risk səbəbindən servislərə geri çağırılıb.
Avtosfer.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına görə, “Jeep Gladiator”, “Jeep Wrangler”, “Kia Telluride” və “BMW 530e xDrive” kimi bəzi modellərin sahiblərinə avtomobillərini binalardan və digər nəqliyyat vasitələrindən uzaqda, açıq ərazidə park etmək tövsiyə olunub.
Məlumata görə, yalnız 2026-cı ilin ilk 7 ayında bu tip 17 geri çağırma kampaniyası həyata keçirilib. 2024-cü ildə belə kampaniyaların sayı təxminən 10, 2025-ci ildə isə 19 olub.
İyunda “Stellantis” şirkəti hidravlik sükan nasosunun elektrik naqillərindəki problem səbəbindən ən azı 51 yanğın hadisəsi barədə məlumat daxil olduqdan sonra 1 milyon 76 min 999 ədəd “Jeep Gladiator” və “Jeep Wrangler” modelini geri çağırıb.
İyulda isə “Kia” ön oturacağın mühərrikinin həddindən artıq qızması səbəbindən 462 min 869 ədəd “Telluride” modelinə “çöldə park edin” xəbərdarlığı edib.
Mütəxəssislər bildirirlər ki, avtomobillərdə elektron sistemlərin sayının artması və kapotaltı hissədə yüksək temperaturun uzun müddət qalması mühərrik söndürüldükdən sonra belə yanğın riskini artırır.
ABŞ-də yaşayan Jeff Ebsch də bu təhlükə ilə üzləşib. Onun 2022-ci il istehsalı “Hyundai Santa Fe” avtomobili qarajda olarkən yanıb. Ebsch avtomobilinin geri çağırıldığından xəbərsiz olduğunu bildirib.
Təhlükəsizlik üzrə ekspertlər istehsalçıların təmir həyata keçirilməzdən əvvəl avtomobil sahiblərinə bu barədə xəbərdarlıq etməsini müsbət hal kimi qiymətləndirirlər.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












