Avtoyarış zamanı faciə: Pilot həlak oldu - FOTO

Polşada avtoralli zamanı faciə baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə hadisənin yaşandığı Nısa şəhərinin yerli polis idarəsi sosial şəbəkədə məlumat yayıb.
Məlumata görə, yarış bazar günü, oktyabrın 12-də baş tutub.
Rallinin Starı Las xüsusi mərhələsində BMW markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və alovlanıb. Ətrafdakıların yardım göstərmək cəhdlərinə baxmayaraq, 40 yaşlı pilot hadisə yerində ölüb. Onun köməkçisi isə yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Təşkilatçılar rallinin ləğv edildiyini elan edərək, qərarın zərərçəkənlərə və onların ailələrinə hörmət əlaməti olaraq verildiyini vurğulayıblar.
Həlak olan sürücü Nısa şəhərinin yerli sakini və iki uşaq atası olub.
Polis və prokurorluq qəzanın hansı şəraitdə baş verdiyini araşdırırlar.

Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












