Azərbaycan gözəlini döyən biznesmenə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində modelyer sevgilisini döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadəyə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə), 177 (oğurluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələr üzrə bəraət verilməsi, 221 (Xuliqanlıq) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurma ilə hədələmə) maddələrinin müddəti keçdiyindən cəza təyin olunmaması, 133 (Əzabvermə) və 127-ci ( Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri üzrə cəza təyin olunmasına qərar verərərək barəsində olan digər bir iş üzrə ona verilmiş 7 il, 6 ay cəzanın çəkilməmiş hissəsini əlavə edərək, təqsirləndirilən Ziya Hüseynzadənin 2 il, 6 ay vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini hökm edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Ziya Hüseynzadənin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihamda qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.
2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1-ci (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi












