Banner

Azərbaycan idmanına ağır İTKİ

Hadisə 31 Oktyabr 2026 20:36
Azərbaycan idmanına ağır İTKİ
WhatsApp kanalımıza abunə olun

Naftalanda Fəxri bədən tərbiyəsi və idman işçisi vəfat edib.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb.

O, idman sahəsindəki xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb.

FOTO QALEREYA
Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh