Azərbaycana gələn iş adamı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəlcə Bəhreyn Krallığına gedərək, orada bizneslə məşğul olub.
Orada biznesdə uğur qazana bilməyən iş adamı Azərbaycana gəlmək istəyib. Amma onun pasportunun müddəti bitib. İş adamı buna görə Pakistanın Bəhreyndəki səfirliyinə müraciət etsə də, səfirlik ona yeni pasport verməkdən imtina edib. O, Bəhreyndə bir nəfərlə tanış olub və 700 dollar ödəməklə saxta pasport alıb.
İş adamı Bəhreyn-Bakı reysi ilə Azərbaycana gələrkən hava limanında saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Pakistan vətəndaşının pasportu saxtadır. İş adamı tutularaq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb və o həbs edilib.
Məhkəmənin hökmü ilə pakistanlı iş adamı 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












