Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı

Bakıda keçmiş məhkum xaricdə yaşayan tanışına qarşı hiyləgər üsulla dələduzluq edib.
Avtosfer.az-ın “Qafqazinfo”aya istinadən məlumatına görə, 44 yaşlı Vüsal ortaq tanışının vasitəsilə əlaqə qurduğu Anarın 8 min manat pulunu ələ keçirib.
Ən maraqlısı isə onun qurduğu plan olub. Uzun illərdir Bəhreyn Krallığında yaşayan və homoseksual olan Anarın Bakıya gəlmək istədiyini eşidən Vüsal onunla vatsap vasitəsilə əlaqə saxlayıb. O, Anarı inandırmağa çalışıb ki, guya Azərbaycanda cinsi azlıq olmaq cinayət sayılır və buna görə də ölkəyə girişinə “stop” qoyulub. Hətta deyib ki, homoseksual olduğu üçün hava limanına çatan kimi tutulacaq.

Buradakı qanunlardan xəbərsiz olan Anar Vüsalın bu sözlərinə inanaraq ondan kömək istəyib. Artıq planı işə keçən Vüsal bu məsələni çətin də olsa həll edə biləcəyini deyib. O, əvvəlcə girişə qoyulan qadağanın aradan qaldırılması üçün Anardan 8 min manat alıb və pulu guya hüquq-mühafizə orqanlarında çalışan tanışına verəcəyini bildirib.
Bir müddət sonra Bakıya gələn Anar aldadıldığını başa düşüb. Belə ki, homoseksual olduğu üçün onun barəsində heç bir məhdudiyyət və ya məsuliyyət nəzərdə tutulmadığını öyrənib.
Bundan sonra onun şikayəti ilə Vüsal cinayət məsuliyyətinə cəlb olunub. O, həbs edilməmək üçün 8 min manatı tam geri qaytarıb. Zərər ödənildiyi üçün məhkəmə yekunda cinayət işinə xitam verib.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












