Azərbaycanda DAVA: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu

Lənkəranda dörd sahibkar arasında dava olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Gərmətürk kəndində baş verib.
Kənd sakini, 1977-ci il təvəllüdlü Eldar Məmmədov uzun müddət Qazaxıstanda yaşayıb və biznes qurub. Bir müddətdən sonra o, bacılarını qəsəbədə yaşayan atasına baxıcı təyin edib və onlara aylıq maaş verib. Daha sonra Eldar qardaşları Telman və Elmanı da özü ilə Qazaxıstana aparıb və orada öz biznesinə cəlb edib.
2013-cü ildə Eldar Gərmətürk kəndində anasının şərəfinə adlandırdığı "Əzizə" şadlıq sarayını inşa etdirib. O, sarayın tikilib istifadəyə verilməsinə ümumilikdə 2 milyon 744 min dollar xərcləyib. Eldar qardaşı Telmanı restorana nəzarətçi təyin edib və əvəzində ona hər ay 1 500 manat ödəyib.
Bir müddətdən sonra onların atası Novruz kişi dünyasını dəyişdiyi üçün Eldar yas mərasiminə gəlib. Məclisdən sonra Eldar qardaşından restoranın icarəsindən əldə edilən gəliri tələb edib. Məlum olub ki, Telman restorandan 2 milyon 600 min manat əldə etsə də, Eldara cəmi 168 min manat verib. Telman bildirib ki, restorandan əldə etdiyi gəliri şəxsi ehtiyaclarına xərcləyib. Məlum olub ki, Telman və Elman qardaşları restorandan gələn qazancı mənimsəyiblər.
Faktla bağlı araşdırma başlanılıb və Eldar obyektin qiymətləndirilməsi üçün komissiya təklif edib. Əmlakın qiymətləndirilməsi üçün ekspertiza təşkil edilib və obyektdə monitorinq aparılmağa başlanılıb. Məhkəmə-tibb ekspertizası hadisə yerində araşdırma apararkən qardaşlar arasında dava düşüb. Hadisə zamanı Eldar Elman və Telmanı döyüb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə cinayət işinə xitam verilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












