Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qadın ərini ÖLDÜRDÜ - YENİLƏNİB

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib.
Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarında evdə arvadı ilə mübahisə edib. Mübahisə sakitləşəndən sonra, o, otağa keçərək namaz qılmağa başlayıb. Bu vaxt həyat yoldaşının onu kürəyindən bıçaq zərbəsi endirərək qətlə yetirdiyi iddia olunur.
Məlumata görə, ailə 10 ildir ki, həmin evdə yaşayır və onların birgə nikahdan iki övladları da var. Ər-arvad hər ikisi uzun müddət imiş ki, ibadət edirmişlər.
Hadisədən ilk olaraq ərazidə ev alqı-satqısı ilə məşğul olan maklerlər xəbər tutublar və polisə məlumat veriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılıb.
***12:18
Bu gün saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Avtosfer.az qafqazinfo-ya istiadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












