Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
***03 iyun, 23:38
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə hadisə yerindən qaçıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Anar Əzizovun psixoloji problemlərinin olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən A.Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.
İlkin məlumata görə, A.Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, S.Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Qanlı hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***03 iyun, 23:00
Cəlilabad rayonunda qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S.Cəfərova A.Əzizovun dayısının həyat yoldaşı olub.
*** 3 iyun, 18:45
Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Anar adlı şəxs bir müddətdir dayısı Elməddinin evində qalırmış. Hadisə baş verən vaxt dayısı evdə olmayıb. İlkin məlumata əsasən, 2011-ci il təvəllüdlü Anar Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səidə Cəfərovaya hücum edib. Ağır xəsarətlər alan qadın yerindəcə həyatını itirib. Hadisə zamanı evdə qadının iki azyaşlı övladı da olub. Onlar qaçaraq qonşulara məlumat veriblər. Qətldən sonra şübhəli hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
****
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Cəlilabadın Məhəmməd Hadi küçəsində qeydə alınıb. Anar adlı şəxsin dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, qadının aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Məlumata görə, hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












