Azərbaycanda DƏHŞƏTLİ QƏTL - YENİLƏNİB

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 30-da gecə saatlarında rayonun Əyyublu kəndində baş verib. Qətlə yetirilən Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyev şəxsi mikroavtobusu ilə Əyyublu kəndinə sərnişin gətiribmiş. Sərnişinləri düşürəndən sonra, o, kənd ərazisində gecələmək qərarına gəlib. Həmin vaxt, o, 1997-ci il təvəllüdlü kənd sakini Asəf Rüstəmovla rastlaşıb və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində A.Rüstəmov Elməddinə qarın və ürək nahiyələrindən bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov Əyyublu kənd sakini olsa da, uzun müddət Rusiyada yaşayıb və bir neçə ay əvvəl Azərbaycana qayıdıbmış.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
***09:30
Tovuzda qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./apa
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












