Azərbaycanda özünə ad günü keçirən iş adamının evi qarət edildi

Naftalanda sahibkarın mənzili qarət edilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə sahibkarın ad günü məclisi zamanı baş verib.
İş adamı İlkanə Əmiraslanova Goranboy rayonu, Tapqaraqoyunlu kəndində ailəsinə məxsus restoranda özünə ad günü ziyafəti təşkil edib.
Bu fürsətdən istifadə edən kənd sakini Arif Vəliyev əvvəldən tanıdığı, İlkanənin xalası oğlu Elvin Əliyevlə cinayət əlaqəsinə girərək qadının mənzilini qarət etmək qərarına gəlib.
O, bu məqsədlə Elvinə zəng edərək İlkanənin maşınından onun mənzilinin açarını oğurlamağı tapşırıb. Ad günü məclisində olan Elvin buna razılıq verib və İlkanənin idarə etdiyi "Range Rover" markalı avtomobildən mənzilin açarlarını götürüb Arifə verib. Arif isə Hikmət adlı tanışının avtomobili ilə sahibkarın ünvanına gedərək mənzilə daxil olub, evdən 60 min manat və 50 min manatlıq qızıl-zinət əşyaları götürüb. O, Hikmətə 2000 manat verib və Gəncə Hava Limanına yollanıb. Arif hava limanından dərhal bilet alaraq Rusiyaya gedib.
Ad günü məclisinin sonunda İlkanə evinin açarlarını tapa bilmədiyi üçün qonşunun evinin balkonundan öz evinə daxil olanda mənzilinin qarət olunduğunu görüb polisə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədə şübhəli bilinən Elvin və Hikmət saxlanılıb.
Məhkəmənin hökmü ilə Hikmət 4 il 8 ay, Elvin isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Elvinə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












