Azərbaycanda polkovnikin meyiti tapıldı

Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub. Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb. Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.
Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












