Azərbaycanın sabiq deputatı Türkiyədə əməliyyat masasında öldü - FOTO

Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.
Avtosfer.az Editor.az-a istinadən xəbər verir ki, sabiq deputat Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanada ağır ürək əməliyyatına daxil olub. Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub.
Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb.
1973-1978-ci illərdə "Aztransqaz" İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978-1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.
1992-ci ildən "Azəravtonəqliyyat" Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən "Azazmoimport", 1995-ci ildən isə "Kəpəz" firmasının direktoru vəzifəsində çalışıb.
Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.
Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.
Mahir Aslanov ailəli idi, 3 övladı var.

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












