Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə tanınmış fotoqraf Aleksey Lyokin sosial şəbəkədə paylaşım edib. O, alpinistin səhhətində problem yarandığını yazıb: “Həkimlər ona uğurla üç stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzulayırıq!”, - deyə Lyokin paylaşımında bildirib.
Qeyd edək ki, dağçılıq fəaliyyətinə 2001-ci ildə Şahdağ zirvəsinə (4243 m) çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini (3751 m) də fəth edib.
Karyerası ərzində dünyanın ən təhlükəli və yüksək nöqtələrinə yürüş edən S. Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan-Tenqri (7010 m), 2011-ci ildə İbn Sina (Lenin) (7130 m), 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m) və elə həmin ilin iyul-avqust aylarında Korjenev (7135 m) zirvələrinə qalxmağı bacarıb.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












