Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb - İDDİA

Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu "Svetoslava" adlı quru yük gəmisinin batdığı iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, "Cunda" şirkətinə məxsus, Palau bayrağı altında üzən "Svetoslava" adlı quru yük gəmisi gecə saatlarında Türkiyənin Samsun limanından Moldovanın Curculesti limanına gedərkən naməlum şəraitdə batıb.
Məlumata görə, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub. Sahil təhlükəsizlik qüvvələrinin vaxtında köməyə çatması nəticəsində gəmidə olanların hamısı xilas olunub.
Həmçinin, xilas edilən dənizçilərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin qənaətbəxş olduğu qeyd edilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












