Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi - FOTO

Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun məhkəmə prosesi həbs cəzası ilə yekunlaşıb.
Avtosfer.az Aktual.ge-yə istinadən xəbər verir ki, iyulun 19-da Bolnisi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında hakim prokurorluğun vəsatətini təmin edib və Kənan İsmayılov barəsində 7 aylıq həbs cəzası təyin edib.
Məhkəmənin qərarına əsasən, həbs müddəti onun saxlanıldığı gündən hesablanacaq. Bundan əlavə, cinayətdə iştirak edən daha 3 nəfər barəsində 2 il şərti cəza hökmü verilib.
Hadisə ilə bağlı ilk məlumatı aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova sosial şəbəkə hesabında yayıb. O qeyd etmişdi ki, distributordan biri çörəyin qiymətini artırmadığı üçün Marneuli meri Daur İsmayılovun qardaşı və onun ətrafındakı şəxslər tərəfindən amansızcasına döyülüb.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












