Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO

Azyaşlı uşağın təkbaşına səyahəti həm təəccüb, həm də narahatlıq doğurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Rostov şəhərində baş verib. Məlumata görə, səhər tezdən valideynlərin yatmasından istifadə edən 3 yaşlı oğlan sakitcə qapını açaraq küçəyə çıxıb. Yaxınlıqdakı dayanacaqdan avtobusa minən uşaq şəhərin mərkəzindən xeyli uzaqda yerləşən Dəmiryolu rayonuna qədər təkbaşına gedib. Avtobusdan düşdükdən sonra isə heç nə olmamış kimi ərazidəki mağazalardan birinə daxil olub. Mağazaya yanında böyüklər olmadan daxil olan kiçik müştəri satıcıların diqqətindən qaçmayıb. Vəziyyətdən şübhələnən mağaza heyəti dərhal uşağa yaxınlaşaraq onu sorğu-sual etməyə başlayıb.
Azyaşlı adının Dima olduğunu desə də, evlərinin ünvanını xatırlaya bilməyib. Satıcılar vaxt itirmədən hadisə barədə polisə məlumat veriblər və uşağı asayiş keşikçilərinə təhvil veriblər.
Uşaq polis bölməsində olduğu müddətdə yuxudan oyanan və övladlarının evdə olmadığını görən valideynlər artıq təşviş içində polisə itkin düşmə barədə müraciət ediblərmiş. Polis bölməsinə çağırılan valideyinlər müəyyən prosedurlardan sonra balaca Dimaya sağ-salamat qovuşublar.
Namiq Musayev
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB













