Bacısını yatdığı yerdə güllələyib öldürdü, cəzadan azad edildi

Sabirabadda bacısını güllələyib öldürən 1986-cı il təvəllüdlü Murtuz Məmmədov cəzadan azad edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib. Məhkəmənin qərarı ilə M.Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib. İttihama görə, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü M.Məmmədov ov silahı əldə edərək, səhər saatlarında bir evdə yaşadığı bacısı Ülviyyə Məmmədovanın yataq otağına gəlib. O, otaqda yatmış vəziyyətdə olan bacısına boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. M.Məmmədov daha sonra silahla birlikdə evdən qaçıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












