Bağ evində əyləncələr qonşuların əsəblərini tarıma çəkdi - VİDEO

Yay mövsümündə bağ evlərinə tələbat artdıqca onların kirayəyə verilməsi bəzi hallarda sakinlərin narazılığına səbəb olur.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərə əsasən, Buzovna qəsəbəsi, 43-cü məhəllə adlanan ərazidə yerləşən bağ evini kirayə götürən şəxslərin gecə saatlarınadək davam edən səs-küyü sakinlərin rahatlığını pozur.
Sakinlər iddia edirlər ki, ev sahibi ilə əlaqə saxlamağa çalışsalar da, bu cəhdlər nəticəsiz qalır.
İddialara görə, qonaqlar hovuzdan istifadə edərkən və küçədə gəzərkən əxlaq normalarına zidd, nalayiq davranışlar nümayiş etdirirlər.
"Gecəmiz, gündüzümüz yoxdur, qışqırıq və musiqi səsləri dayanmaq bilmir. Bir neçə dəfə ev sahibinə müraciət etmişik, lakin telefonlara cavab verilmir. Hər gün fərqli insanlar gəlirlər. Darvazanı döyüb xahiş edirik ki, səsi azaltsınlar, amma deyirlər ki, ev sahibi icazə verib, istədiklərini edə bilərlər", - sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edir ki, səs-küy ciddi narahatlıq yaradır: "Hovuzdan istifadə edirlər, bəzən küçədə çılpaq şəkildə gəzirlər. Sürətlə avtomobil idarə edirlər. Burada uşaqlar oynayırlar, amma təhlükəsizlik nəzərə alınmır".
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, yaşayış evlərində, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmaq, yüksək səslə musiqi çalmaq və ya digər yollarla ictimai asayişi pozmaq qadağandır. Hüquqşünas qeyd edib ki, bu qaydaları pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə oluna bilərlər.
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB










