Bakı-Qazax yolunu qaranlığa qərq edən səbəb nədir? - VİDEO

Bakı-Qazax yolunun Ağdaş və Ucar rayonlarından keçən hissəsində işıqlandırmanın vəziyyəti sürücülərin və yerli sakinlərin narazılığına səbəb olur. Belə ki, bəzi ərazilərdə işıq dirəkləri ümumiyyətlə yoxdur, olan hissələrdə isə fənərlərin bir qismi işləmir. Xüsusilə qış aylarında havanın tez qaralması və əlverişsiz hava şəraiti səbəbindən bu problem hərəkət iştirakçıları üçün əlavə çətinliklər yaradır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Qazax magistral avtomobil yolunun işıqlandırma sistemləri qurum tərəfindən mütəmadi olaraq monitorinq edilir və mövcud vəziyyət nəzarətdə saxlanılır:
"Aparılan baxışlar və texniki qiymətləndirmələr nəticəsində müəyyən edilib ki, yolun bəzi hissələrində işıqlandırma sistemlərinin fəaliyyətində yaranan fasilələr müxtəlif səbəblərlə əlaqədardır. Belə ki, ayrı-ayrı sahələrdə elektrik təchizatı ilə bağlı agentlikdən asılı olmayan səbəblər mövcuddur, bəzi hissələrdə isə işıqlandırma infrastrukturunun elementlərinə kənar müdaxilə halları qeydə alınıb. Bununla yanaşı, müəyyən sahələrdə avadanlıqların etibarlı və fasiləsiz istismarının təmin olunması məqsədilə cari təmir və bərpa işlərinin aparılmasına ehtiyac yaranıb".
"Qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlər həyata keçirilir. Mövcud nasazlıqların mərhələli şəkildə aradan qaldırılması, elektrik təchizatının bərpası və işıqlandırma sistemlərinin tam fəaliyyətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir", - deyə qurumdan bildirilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












