Bakı-Quba yolundakı təhlükə: Asfalt örtüyü DAĞILIB - VİDEO

Bakıdan Quba istiqamətində gedən yolda yaranan problem sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, iki aydan çoxdur ki, Bakı-Quba yolunda asfalt örtüyü dağılıb. Bu isə hərəkət sürəti 90 km/saat olan yolda həm sürücülər üçün ciddi təhlükə, həm də avtomobillərin sıradan çıxması deməkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli faktı təsdiqləyib.
"Bakı-Quba yolunun 102-ci kilometrliyində olan körpünün (yol ötürücüsünün) temperatur tikişində olan asfalt örtüyü dağılıb. Əraziyə baxış keçirilib və problem əməkdaşlarımız tərəfindən ötən gün tam aradan qaldırılıb. Dağılan yerə yeni asfalt vurulub", - deyə A.Nəcəfli bildirib.
(oxu.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












