Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI - VİDEO

Bakı-Şamaxı avtomobil yolunda asfalt örtüyünün yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Yoldakı mövcud vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, sürücülər üçün əlavə risklər yaradıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) baku.ws verilən məlumata görə, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 68-71-ci kilometrlik hissəsi, Bakı istiqamətində mürəkkəb geoloji şəraitə malikdir:
"Belə ki, ərazidə yerin təkində baş verən geoloji proseslər və torpaq qatlarının hərəkətlənməsi nəticəsində yol örtüyündə çatlar, qabarmalar, sürüşmələr və çökmələr müşahidə olunur. Bu proseslər yol örtüyünün dayanıqlığına mənfi təsir göstərir və deformasiyaların yaranmasına səbəb olur.
Mövcud geoloji şərait nəzərə alınaraq, həmin yol sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi nəzarətdə saxlanılır. Yaranan deformasiyaların aradan qaldırılması, yol örtüyünün istismara yararlı vəziyyətdə saxlanılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq cari təmir işləri həyata keçirilir.
Bununla belə, ərazidə geoloji proseslərin davam etməsi səbəbindən cari təmir işləri mövcud problemlərin aradan qaldırılmasına xidmət etsə də, deformasiyaların təkrar yaranmasını tam istisna etmir. Bu baxımdan, mövcud şəraitə uyğun olaraq yolun təhlükəsiz istismarının təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir".
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO












