Bakıda 10-cu mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti AÇIQLANDI

Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən 24.05.2025-ci il tarixində saat 18:50 radələrində 19 yaşlı şəxsin (qadın cinsli) hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub. Pasiyent müştərək travmalar, bel-oma nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Neyrocərrahiyyə şöbəsində xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə, məlumatda qeyd edilib.
***
Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib. Avtosfer.az "Qafqazinfo"a istinadla xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb. Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta ağırdır.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












