Bakıda 11 il əvvəl törədilmiş qətlin təfərrüatı

Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işinin bəzi detalları məlum olub.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, istintaqla müəyyən edilib ki, Hüseyn Cəfərov dostu Özal Orduxanlı ilə birlikdə Əhməd Əhmədovun evindən maddi ehtiyacları ödəmək üçün telefon qurğuları oğurlayıb sataraq maddi qazanc əldə edəcəkləri barədə razılaşıblar.
Onlar birlikdə 19 noyabr 2014-cü il tarixdə saat 19 radələrində Əhməd Əhmədovun yaşadığı ünvanın qarşısına gəlib tikilməkdə olan hasarın üzərinə çəkilmiş çadırı kənara çəkərək həyətə baxış keçiriblər.
Onlar evdə heç kimin olmadığına əmin olduqdan sonra, planlaşdırdıqları oğurluğu etmək üçün qaraja daxil olub içərisində axtarış aparıblar.
Lakin onlar heç bir telefon qurğusu və elektronik əşya olmadığını müəyyən etdikdən sonra, ərazidən uzaqlaşmaq
istəyiblər.
Bu vaxt səs eşidilib və onlar ifşa olunmamaq üçün qaçmağa başlayıblar. Qonşuluqda yaşayan Namiq Hənifəyev hadisə yerindən qaçan Özal Orduxanlının arxasınca qaçır.
Daha sonra Hüseyn Cəfərov Namiq Hənifəyevlə rastlaşır və onun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.
Namiq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Bununla da, Hüseyn Cəfərova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












