Bakıda 32 yaşlı kişi keçmiş həyat yoldaşını döydü – CƏZALANDIRILDI

Bakının Nizami rayonunda 32 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Avtosfer.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə onların birgə yaşadıqları evdə baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Vasif gecəyarısı keçmiş həyat yoldaşı Almazla (adlar şərti verilib – red.) mübahisə edib.
Onların arasında mübahisənin yaranmasına səbəb Almazın bir gün əvvəl Vasifin icazəsi olmadan ondan icazəsiz övladları ilə birlikdə gəzintiyə çıxması olub.
Bununla əlaqədar aralarında baş vermiş mübahisə zamanı həmin mənzildə birlikdə yaşayan Vasifin anası Xalidə onları sakitləşdirmək istəyib.
Amma Almaz qayınanası ilə kobud danışması Vasifi özündən çıxarıb. O, qisas almaq məqsədi ilə şillə və təpiklə keçmiş arvadının bədəninin müxtəlif nahiyyələrinə vurub.
Vasifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Vasif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Almazla rəsmi qaydada boşansalar da, birlikdə yaşayıblar: “Əvvəllər də aramızda kiçik ailə münaqişələri olub. Buna səbəb Almazın getdiyi yerləri mənə deməməsi, valideynlərimə qarşı kobud davranması olub. Məlum hadisə günü, gecə saat 03:00-da yenə də aramızda mübahisə yarandı. Mənim Almaza xəsarət yetirmək fikrim olmayıb. Lakin o, məni təhqir etdi, şərəf və ləyaqətimi alçatdı. Mən də əsəbləşərək ona bir şillə, bir dəfə də təpiklə vurmuşam”.
İş üzrə zərərçəkmiş Almazın sözlərinə görə, sonuncu dəfə hadisə baş verən günü, gecə saatlarında yaranmış mübahisə zamanı Vasif onu vurub: “Həmin vaxt körpə uşağım da qucağımda olub. Hadisə zamanı mən uşağa da zərər dəyər deyə çox qorxmuşdum”.
Zərərçəkmiş təqsirləndirilən şəxslə barışmadığını, ümumiyyətlə onun barışmaq niyyəti olmadığını deyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Vasif 1200 manat cərimə olunub.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












