Bakıda ahıl ər-arvad qətlə yetirildi - 29 yaşlı gənc saxlanıldı - YENİLƏNİB

Bakıda törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 37-də baş verib.
Həmin binada yaşayan 1946-cı il təvəllüdlü Sabir Əliyev və onun həyat yoldaşı Zöhrə Əliyeva xüsusi amansızlıqla qətlə yetiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev mərhumların qonşuluğunda yaşayırmış və narkotik asılılığından əziyyət çəkirmiş.
Məlumata görə, M.Niftəliyev bir müddət əvvəl narkotik asılılığına görə müalicə aldığı müəssisədən yeni çıxıbmış. Müalicədən qayıtdıqdan sonra, o, yenidən narkotik aludəçiliyini davam etdirib.
Bir gün əvvəl, o, Sabir Əliyevdən narkotik almaq üçün pul istəsə də, ahıl yaşlı kişi ona rədd cavabı verib. M.Niftəliyev bundan sonra başqa qonşuya müraciət edib və ondan 5 manat alıb.
Bu gün səhər saatlarında S.Əliyev, həyat yoldaşı Zöhrə Əliyeva və onun bacısı rayonlardan birinə istirahətə gedirlərmiş. Səhər saatlarında S.Əliyev avtomobili işə salmaq üçün həyətə düşərək giriş qapısını açıb. Qapını açarkən, o, Murad Niftəliyevlə rastlaşıb və Murad ondan yenidən pul tələb edib. Sabir Əliyev isə ona yenidən rədd cavabı verib.
Elə bu vaxt M.Niftəliyev üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.Əliyevin boğaz nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən S.Əliyev yerə yıxılıb və səsə onun həyat yoldaşı Zöhrə Əliyeva evdən çıxaraq qışqırıb, qonşuları köməyə çağırıb. Elə bu vaxt M.Niftəliyev qadına da bıçaqla döş qəfəsi və kürək nahiyəsindən zərbələr endirib.
Hər iki şəxsi öldürən M.Niftəliyev evi qarət etmək istəsə də, qonşuların səsə çıxdıqlarını görüb, hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.
***14:11
Bakıda ər-arvad qətlə yetirilib.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb.
Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.
Fakt araşdırılır.
İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi











