Bakıda ana sevgilisi ilə birlikdə azyaşlı oğluna işgəncə verdi - FOTO

Bakıda ana sevgilisi ilə birgə altı yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin vəkili Binyamin Cumayev məlumat verib.
Onun sözlərinə görə, artıq Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən - Nina Feodorovna Mereuta bir ay və onunla qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli barəsində isə iki ay həbs qətimkan tədbiri seçilib:

"Nina Feodorovna Mereuta Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il təvəllüdlü azyaşlı övladını 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabrınadək olan müddət ərzində paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ayxan Firdovsi oğlu Ələkbərli ilə mütəmadi olaraq bədəninin müxtəlif nahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər".
Vəkilin sözlərinə görə, cütlük sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər:
"Keçirilmiş ekspertizaların nəticəsinə əsasən, köməksiz vəziyyətdə olan azyaşlıda travmadan sonra stres pozuntusu yaranıb, həmçinin sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və sıyrığı ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağında küt əşyanın təsirindən əmələ gəlmiş qançırlar qeydə alınıb".
B.Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












