Bakıda arvadını 10 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxundu

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Dahs sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, İlham Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib. Faktla bağlı cinayət işi açılıb. İlham Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












