Bakıda bir dayanacağa görə yaranan problemlər – FOTO - VİDEO

Bakıda dayanacağın qarşısına yığılan su sərnişinlərin probleminə çevrilib. Bu barədə oxucularımızdan biri Avtosfer.az-ın qaynar xəttinə şikayətlə müraciət edib.
Belə ki, Qaradağ rayonu, Lökbatan yolu, “Cənub Qapısı” yaşayış massivinin qarşısındakı dayanacağın önünə yığılan yağış suları gölməçəyə çevrilir və sərnişinlərin avtobusa minib-düşməsinə maneə yaradır.
Bəzi sürücülər həmin hissəni elə sürətlə keçir ki, su dayanacağda dayanan insanların üzərin sıçırayır və hətta elə olub ki, üstü islanan bir neçə vətəndaş yenidən evə qayıdıb üst-başını dəyişməli olub.
Şikayətçi bildirib ki, avtobuslar dayanacağa daxil ola bilmir və məcbur olub piyada keçidinin üzərində dayanırlar. Bu da piyadaların zolaqdan istifadəsinə çətinlik yaradır.
Avtosfer.az həmin problemli dayanacaqdan görüntüləri təqdim edir:


Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












