Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramin Rəcəbovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilərək, 11 sentyabr saat 14:30-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini, 1962-ci il təvəllüdlü Emin Ramiz oğlu Rəhimov bildirib ki, 2014-cü il martın 15-də Lermontov küçəsi, 46 ünvanının qarşısında tanışı, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Rəcəbova 185 min 710 manat dəyərində kompüter və digər avadanlıqlar satıb. Şikayətçi Emin Rəhimovun sözlərinə görə, artıq 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ramin Rəcəbov aldığı malın pulunu verməyib.
Zərərçəkənin şikayətinə əsasən faktla bağlı cinayət işi açılıb, Ramin Rəcəbov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












