Bakıda "BYD"dən 120 min dollar oğurlandı; sürücü və tanışı saxlanıldı - VİDEO

Binəqədi rayonunda maşından 120 min dollar oğurlayan şəxslər saxlanılıblar.
Avtosfer.az-ın məlumatına görə, iyunun 4-də Binəqədi rayonu ərazisində BYD markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən, əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağını bilib və bu barədə S.Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












