Bakıda evdə partlayış: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Bakıda mənzildə baş verən partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 22-də saat 01:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən iki nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərin müalicəsi Yanıq Mərkəzində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***09:18
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Rəhimov Soltan Əflatun oğlu və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məmmədova Məhrəngiz Seymur qızı xəsarət alıblar.
İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












