Bakıda gecə klubunda qardaşı arvadına xəsarət yetirən şəxsə hökm oxunub

Bakıda gecə klubunda qardaşı arvadını şüşə parçası ilə vurararaq ona xəsarətlər yetirən Vəli Cumayevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xitab24.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən “Carona Club”da baş verib.
Belə ki, V.Cumayev mütəmadi olaraq tanışının işlətdiyi kluba gedib və bu zaman orada qardaşının həyat yoldaşı ilə rastlaşıb.
Vəlinin ifadəsinə görə, qadının həmin klubda ofisiant kimi çalışmasını qəbul edə bilməyib və buna görə də qəzəblənib.
Şüşə parçası ilə qadına çoxsaylı xəsarətlər yetirən Vəli polis tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə V.Cumayev 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Onu da da qeyd edək ki, Vəlinin qardaşı da hazırda həbsdədir. Onun qardaşı 2021-ci ildə qəsdən sağlamlığa zərər vurma və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












