Banner

Bakıda güclü PARTLAYIŞ - Yaralılar var - VİDEO - YENİLƏNİB

Hadisə 6 Noyabr 2026 16:18
Bakıda güclü PARTLAYIŞ  - Yaralılar var - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunun Fatmayı kəndində fərdi yaşayış evində güclü partlayış baş verib.

Partlayış nəticəsində evdə olan ər və arvad yanıq xəsarətləri alıblar. İlkin məlumata görə, hadisəyə qazsızması səbəb olub.

Belə ki, gecə saatlarında ev sahibi çay hazırladıqdan sonra qazı tam bağlamayıb. Səhərə yaxın ocağı yenidən yandırmaq istəyərkən evdə partlayış baş verib.

Hadisə zamanı evdə olan ailənin övladı valideynlərinə kömək edərək təcili tibbi yardıma məlumat verib.

"Partlayış səsinə oyandım. Gördüm ki, anam yerdə uzanıb, atam da evin içində yanır. Hər ikisinə kömək etdim və təcili tibbi yardıma zəng vurdum", - deyə xəsarət alan şəxslərin oğlu bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

YouTubehttps://www.youtube.com/watch?v=U5fLQGrwnDo

 

***10:06

Fatmayı kəndində evdə baş verən partlayış nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağırdır:

"Noyabrın 6-da saat 04:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonu, Fatmayı qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. Həmin ünvana göndərilən təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın və kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

1950-ci il təvəllüdlü şəxsə (kişi) başın tüklü hissəsinin, üzün, boyunun, yuxarı ətrafların, gövdənin arxa səthinin və sağ ayağın II-III dərəcəli termiki yanığı, tənəffüs yollarının yanığı diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

1957-ci il təvəllüdlü şəxsə (qadın) üzün, hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb".

***09:33

Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxunub : 306
ŞƏRH YAZ
Ad

E-mail

Şərh