Bakıda itkin düşən 70 yaşlı kişi tapıldı - FOTO - YENİLƏNİB

N.Məmmədzadə paytaxt ərazisində tapılaraq yaşadığı ünvana qaytarılıb. Bu barədə onun ailəsindən məlumat verilib.
***19:13
Bakıda 70 yaşlı Alzaymer xəstəsi Nazim Məmmədzadə itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun ailə üzvləri məlumat veriblər.
Onlar bildiriblər ki, 1956-cı il təvəllüdlü kişi dünən saat 13:40 radələrində Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində evdən çıxıb və naməlum istiqamətə gedib.
Evdən çıxarkən onun əynində qəhvəyi sviter, qara şalvar, boz rəngdə parça ayaqqabı olub. Alnında xalı var, danışmaqda çətinlik çəkir.
Bu şəxsi görənlərdən yaxınlıqdakı polis əməkdaşlarına və ya polis şöbəsinə xəbər vermələri xahiş olunur.
Hadisə ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə də müraciət edilib və polis tərəfindən axtarış tədbirləri görülür.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB












