Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - VİDEO

Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.
Qafqaz küçəsinin sakinləri deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.
Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, sakinlər çətin vəziyyətlə üzləşiblər.
Sakinlərin sözlərinə görə, dəfələrlə məsələylə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçənin sakinləri problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.
Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər.
Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması onların evlərində problem yaranmasına səbəb ola bilər.
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO












