Banner

Bakıda keçmiş ət kombinatında yanğın olub - VİDEO

Hadisə 1 Noyabr 2026 11:45
Bakıda keçmiş ət kombinatında yanğın olub - VİDEO
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500kv.m. sahədə yanıb.

Materialların qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

 

YouTubehttps://www.youtube.com/watch?v=Y5toSCVyYGk

 

 

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh