Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə

Bakıda kişi arvadını döyüb. Avtosfer.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. 39 yaşlı Fərid Nəcəfov (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Nigarı (şərti adla) əl və ayaq zərbələri ilə döyərək, xəsarətlər yetirib. İttiham aktına görə, hadisəyə səbəb Nigarın ərindən gizli özünə yeni telefon alması və ətir alveri ilə məşğul olması olub. Zərərçəkənin şikayəti əsasında Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, fəhlə işləyərək gəlir əldə edir:
“Həmin gün işə getmədiyim üçün evdə olmuşam. Evin yataq otağına daxil olanda arvadımın əlində əvvəllər görmədiyim yeni mobil telefon olduğunu görərək, ondan telefonun kimə məxsus olduğunu soruşdum. Nigar da məndən xəbərsiz ətir satışı ilə məşğul olduğunu, bu səbəbdən gizli şəkildə yeni mobil telefon alaraq işlətdiyini etiraf etdi. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyib əlimlə və ayağımla Nigarın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdum. Bundan sonra o, ağlayaraq qonaq otağına getdi, özüm də sakitləşmək üçün yataq otağında qaldım. Sonradan Nigarla boşanmaq qərarına gəldiyimiz üçün arvadım valideyinlərinin yaşadığı evə, özüm də valideyinlərimin yanına Mingəçevirə getdim. Bu hadisədən sonra arvadımla telefonla danışdıq, lakin qadın onu döydüyüm üçün üzr istəməyəcəyim təqdirdə döyülməsi ilə əlaqədar polisə şikayət edəcəyini bildirdi. Buna görə telefonda da onunla mübahisə etdim. Bir müddət sonra isə arvadımın məndən polisə şikayət etdiyini öyrəndim”.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, arvadı yüngül həyat tərzi sürən rəfiqəsi ilə yazışıb. Buna görə də, Nigara hər mesaja görə 1 olmaqla, ümumilikdə 20 sillə vurub. Fərid Nəcəfov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən Nigar da həmçinin ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Nəcəfov məsuliyyətdən azad olunub.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












