Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı; Dubaya qaçdı

Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın mərkəzində “makler”lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etmək adı ilə sevgi münasibətində olduğu Gülbahar (şərti) adlı qadından hissə-hissə olmaqla 235 min manat alıb. O, Nərimanov rayonunda “MetroPark” ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş binadan mənzil göstərərək qadının etibarını qazanıb. Bundan sonra pulları Gülbahardan və onun anasından alan şəxs Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib.
R.Həsənovun qaçdığını görən qadın onun barəsində polisə şikayət edib və cinayət işi açılıb. Bu il isə R.Həsənov tutularaq istintaqa cəlb edilib, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə şikayətçi qadın qarşı tərəfin vurduğu zərəri tam ödədiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə R.Həsənova 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti verilməklə şərti hesab edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












